Salyanda maşın aşıb, ölən və yaralılar var

media-hightechnic-468x90

Salyan rayonunda hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, hadisə rayonun Dayıkənd kəndi ərazisində baş verib.

Belə ki, qəza nəticəsində rayonun Arbatan kənd sakinləri – 1991-ci il təvəllüdlü Rüstəmov Həsən Rafət oğlu, 1976-cı il təvəllüdlü Məhərrəmov Taleh Əkbər oğlu; Salyan şəhər sakinləri – 2006-cı il təvəllüdlü Yaqubova Lalə Fikrət qızı, 2023-cü il təvəllüdlü Əhmədov Miryusif Mirəli oğlu, 1958-ci il təvəllüdlü Yaqubova Bəsirə Sabir qızı və Yaqubova Xalidə Sabir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Dominos pizza

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan Xalidə Yaqubovanın həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05