Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Şamaxıda maşın dərəyə aşdı: sürücü ağır vəziyyətdə Bakıya göndərilir

Şamaxı-Göylər-Padarçöl avtomobil yolunun Çöl Göylər kəndi yaxınlığında yoldan çıxan avtomobil dərəyə yuvarlanıb.

Yenicag.az oxu.az-a istinadən xəbər verir ki, Xaçmaz rayon sakini 1991-ci il təvəllüdlü Musayev Təhmasib İqrar oğlunun idarə etdiyi “Shagman” markalı yük avtomobili 20 metrlik dərəyə yuvarlanıb.

Ağır bədən xəsarətləri alan sürücü təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilən sürücünün vəziyyəti ağırdır. Ona aşağı ətrafının baldır nahiyyəsinin sümüklərinin qırılması və kəsilmiş yaraları diaqnozu qoyulub.

Vəziyyəti ağırlaşan xəstənin paytaxt Bakıya göndəriləcəyi bildirilir. Həkimlər, onun sol ayağının amputasiya olunacağını güman edirlər.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1070
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM