Avqustun 15-17-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Şamaxı şəhərində keçirilən “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı” başa çatıb.
3 gün davam etmiş təlimlərdə layihələlərin hazırlanması, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, icra mərhələləri, dataların toplanması və təhlili, qərar qəbulu prosesi, hədəf qrupları, tərəfdaşlarla iş və s. kimi mühüm mövzularda QHT-lərin bilik və bacarıqları artırılıb, “İqlim dəyişmələrinə qarşı mübarizə və ətraf mühitin qorunmasına dair fəaliyyətin hazırlanması, problemin düzgün müəyyən olunması” mövzusunda praktiki qrup işləri təşkil olunub. Təlimləri layihələrin tərtibi üzrə beynəlxalq dərəcəli ekspertlər aparıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Şamaxı şəhərində “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı”ndan sonra iştirakçı QHT təmsilçiləri həmrəylik flaşmobu təşkil edib.
Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə sertifikatlar təqdim olunub. Təlimdə 100-ə yaxın QHT təmsilçiləri iştirak edib.
Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə Naxçıvan şəhərində QHT-lərin İnkişaf və Mübadilə Proqramlarını icra edib.
Ümumilikdə, bu proqramlarda indiyədək 450-dən çox QHT iştirak edib.
Agentlik QHT-lərin ictimai faydalılığının yüksəldilməsi üçün QHT təmsilçilərinin bilik və bacarıqlarının artırılması fəaliyyətini bundan sonra da davam etdirəcək.
www.yenicag.az