!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şamaxinka” yolu bağlanır-Video

!Reklam – Yazi

76211Paytaxt Bakıda daha bir yol istifadəyə verilib. Yenicag.az anspress-ə istinadən xəbər verir ki, “Azəryolservis” ASC tərəfindən bir müddətdir bağlanan Müzəffər Həsənov küçəsinin Moskva prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinə qədər olan yol mayın 16-na keçən gecədən sürücülərin ixtiyarına verilib.

ASC-dən verilən məlumata görə, bildirildi ki, sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınıb, yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə 6500 kvadratmetrlik hissədə yeni asfalt örtüyü salınıb, yol kənarlarında abadlıq işləri həyata keçirilib.

Bundan əvvəl işlər Müzəffər Həsənov küçəsinin Şərifzadə küçəsinin kəsişməsindən Dadaş Bünyatzadə küçəsinin kəsişməsinədək olan 350 metrlik hissəsində aparılıb. Burada təqribən 4500 kvadratmetrlik əraziyə yeni asfalt-beton örtüyü döşənib. Analoji işlərin küçənin Dadaş Bünyadzadə küçəsi ilə kəsişməsindən “Şamaxinka” adlanan ərazisinə qədər olan hissəsində də aparılması nəzərdə tutulub. Bu məqsədlə sözügedən ərazi nəqliyyat vasitələrinin hərəkəti üçün mayın 16-dan etibarən bağlanacaq. Təmir-tikinti işlərinin tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv