!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Samirədən Operativ Qərargaha: “Bəsdirin əsəbimizlə oynadız, özümüzü öldürək?”

!Reklam – Yazi

“Buradan rəhbər işçilərə səslənirəm, bəsdirin bu insanların həyatı, əsəbi ilə oynadınız. Belə edirsiz ki, insanlar gedib özlərinə əl qaldırsınlar?”

Bunu Yenicag.az-az-a açıqlamasında pandemiya səbəbindən toyların uzun müddətdən bəri təxirə salınmasına etiraz edən müğənni Samirə Yusifqızı deyib.

Sənətçi özü və həmkarlarının maddi durumlarının getdikcə ağırlaşdığını və intihar həddinə çatdıqlarını bildirib:

“Avtobus, market və restoranlarda insanlar bir-birinin ağzına girir, amma orada koronavirus yoxdur. Küçələrdə, parklarda adam əlindən tərpənmək olmur, heç bir yerdə virus yoxdur. Amma virus ancaq toy və yas mərasimləri üçündür.

Deməli, ölümüz də, dirimiz də urvatdan düşüb. Nə ölümüzün hörməti qalıb, nə də dirimizin. Belə çıxır ki, 5 nəfər restoranda bir yerdə otura bilər, amma toyda 5 nəfər bərabər əyləşə bilməz. Əgər o virus havadadırsa, maska taxırıq. Virus bağlı məkanda niyə adamlara keçmir, ancaq toylarda keçir. Bu, nə düşüncə, nə qadağa, nə insanları sıxmaqdır, baş aça bilmirəm. Başqa ölkələrdə, lap elə Rusiyada toy da edirlər, məktəblər də açıqdır, belə olmaz axı. İnsanların əsəbini bu qədər tarıma çəkmək, onları səfil vəziyyətinə salmaq olmaz. Mən nəyə görə işləməməliyəm. Mən hansı restoranda gedim oxuyum? Buradan rəhbər işçilərə səslənirəm, bəsdirin, bu insanların həyatı, əsəbi ilə oynadınız. Belə edirsiz ki, insanlar gedib özlərinə əl qaldırsınlar? Bu vəziyyət intihara gətirib çıxaracaq. İntihar etməsək də, əsəb, stress, depressiydan və düşdüyümüz ağır vəziyyətdən ölüb gedəcəyik. Bunu istəyirsinizsə, açıq şəkildə deyin ki, gedin, özünüzü öldürün. Vəssalam. Bu yaşayış deyil. Mən nə qədər əzab çəkməliyəm? Axı niyə idman zalları, məscid bağlı olmalıdır, toylar olmamalıdır? Mən niyə taksi sürməliyəm. 3 diplomu evdə yatızdırmalıyam ki, gedim taksi sürüm? Bizə də yazığınız gəlsin. Axı biz də ailə saxlayırıq”.

Cəvahir

www.yenicag.az

1627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv