!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sanksiyalar rublu GÜCLƏNDİRİR: Rusiyanın pul vahidi son 5 ilin maksimumunda- SƏBƏB

!Reklam – Yazi

Müharibə və sanksiyalarla çökəcəyi iddia olunan Rusiyanın pul vahidi dollar və avro qarşısında son 5 ilin ən yüksək səviyyəsinə yüksəlib.

Yenicag.az xəbər verir ki, Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda Rusiya Mərkəzi Bankının 300 milyard dollardan çox ehtiyatı dondurulub.

Bu addım Rusiya iqtisadiyyatını və valyutasını çökdürmək məqsədi daşısa da, ABŞ, Kanada və Böyük Britaniyadan başqa digər ölkələr Rusiyadan enerji alışını dayandıra bilməyiblər. Avropa Birliyi ölkələri qısa müddətdə alternativ tapa bilmədikləri üçün Rusiyadan qaz və neft almağa davam edirlər. Rublun əvvəlcə dəyər itirməsi və sonradan bahalaşmasının səbəbi Rusiyadan təbii qaz tədarük edən şirkətlərin bir çoxunun Kremlin tələbləri qarşısında geri addım atması və təbii qaz ödənişlərini rublla etməyə razı olması ilə bağlıdır.

Rusiyanın “Freedom Finance” MMC-də kapital bazarı əməliyyatları üzrə rəhbəri Corc Vaşçenko “Bloomberg”ə açıqlamasında bildirib ki, qaz tədarükçüləri daha çox şəxsi hesablar açdıqca dollar və avroya təzyiq artacaq. “SberCIB Investment Research”ün valyuta bazarları və faiz dərəcələri üzrə strateqi Yuri Popovun proqnozuna görə, iyulun əvvəlinə kimi 1 dollar 50 rubl səviyyəsinə düşə bilər.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, “Qazprom”un 50-dən çox müştərisinin təxminən yarısı “Qazprombank”da valyuta və rubl hesabı açıb, bəzi əsas müştərilər isə sadəcə hesab açıb. Bolqarıstan və rublla ödəməkdən imtina edən Polşaya qaz nəqlini dayandıran Rusiya eyni səbəbdən Finlandiyaya qaz axınını da kəsib.

Onu da qeyd edək ki, enerji və digər əmtəə qiymətlərinin artması Rusiyanın ixrac gəlirlərini artırıb. Bununla yanaşı, Rusiyada şirkətlərin və vətəndaşların xarici valyutaya çıxışına ciddi məhdudiyyətlər qoyan kapital nəzarətinin qüvvəyə minməsi rus rublunun bahalaşmasına yol açıb.

Gülşən Şərif

www.yenicag.az

1089
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv