Sankt-Peterburq limanda yarım milyard rublluq kokain AŞKAR EDİLDİ

media-hightechnic-468x90

 

Sankt-Peterburq limanında yarım milyard rubl dəyərində kokainin qaçaqmalçılığına cəhdin qarşısı alınıb.

Yenicag.az Rusiyanın Federal Gömrük Xidmətinə istinadla xəbər verir ki, Baltik Gömrük İdarəsinin əməkdaşları Daxili İşlər Nazirliyi ilə birlikdə Latın Amerikasından gətirilən 50 kiloqram kokainin Sankt-Peterburqun Böyük dəniz limanına qaçaqmalçılıq yolu ilə daxil olmasının qarşısını alıblar.

Gömrük orqanlarının məlumatına görə, kokainin qara bazardakı dəyəri 500 milyon rubldan çoxdur. Qanunsuz yük banan konteynerlərinin texniki boşluqlarında, xüsusi hazırlanmış gizli bölmələrdə aşkarlanıb. Orada ağ toz halında maddə olan 50 briket tapılıb.

Ekspertiza həmin maddənin kokain olduğunu təsdiqləyib. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 229.1-ci maddəsinin 4-cü bəndi (narkotik vasitələrin qaçaqmalçılığı) ilə cinayət işi başlanıb. Maddə ömürlük hədicə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600