“Sarı gəlin” kitabının təqdimatı keçirilib

media-hightechnic-468x90

sari.gelin.kitabiBu gün Beynəlxalq Mətbuat Mərkəzində filologiya elmlər doktoru, alim Minə Təkləlinin “Sarı Gəlin” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Milli Televiziya və Radio Şurasının üzvü, şairə, filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Qafqaz Universitetinin rektoru Ahmet Sanic, Bakı Dövlət Universitetinin müəllim və tələbə heyəti iştirak edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bu gün biz burada Azərbaycan xalq mahnılarından danışacağıq: “Bu kitab Azərbaycan xalqının mənəviyyatının dərinliyini, zənginliyini göstərir. Bu gün buraya toplaşmağımızın əsas məqsədi Minə Təkləlinin hazırladığı “Sarı gəlin” kitabının təqdimatıdır. Minə xanımın yaradıcılığı bu kitabla məhdudlaşmır. Onun bu vaxta qədər 10-dan çox kitabı çap olunub. Minə xanımın yaradıcılığında türkçülük qırmızı xətlə keçir. Bu kitab Azərbaycan xalqının milli mənəviyyatını təsdiq edən dəyərli bir topludur. Bu kitabda təqribən 150-yə yaxın xalq mahnısı mövcuddur. Minə xanımın bu əsəri Azərbaycanın mədəni, ictimai həyatında sanki bir hadisədir. Minə xanımın kitabında xalq mahnıları müxtəlif variantlarda verilir”.

Milli Televiziya və Radio Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva qeyd edib ki, mən hər kitab təqdimatını bayram kimi qəbul edirəm: “Minə xanımın yaradıcılığı ilə çoxdan tanışam. Onun kitablarında qeyrətli bir Azərbaycan xanımının, qeyrətli bir türkçü xanımın zəhməti var. Düşünürəm ki, alim olmaq da asandır. Daha çox kitab yazıb dünya miqyasında tanınmaq da olar. Amma ki, o əsər, o kitab xalqının yaşantılarını, tarixini, mənəviyyatını əks etdirməyəcəksə, milli qeyrətlə yazılmayacaqsa düşünürəm ki, o kitab yazılmasa yaxşıdır. Minə xanımın “Sarı gəlin” kitabı bizim mənəviyyat sərvətimiz olduğu üçün bu kitabı biz dönə-dönə oxumalıyıq. Bu xalq mahnıları ona görə əsrdən-əsrə keçə bilib ki, bunlar göy qurşağı kimi tərtəmiz Azərbaycan muğamlarının adı üzərindədir. Burada millətin həyəcanı, yaşantıları, bəzən tarixi, bütövlükdə mənəviyyatı toplandığı üçün bunlar mütləq işlənməli idi. Mən inanıram ki, bu xalq mahnıları toplumu Konservatoriyada xalq yaradıcılığı bölməsində geniş tədris ehtiyacını ödəyəcək. Bu bizim hər birimiz üçün böyük bir sərvətdir. Bu kitabın təbliğinin əhəmiyyəti ondan ibarətdir ki, bizim xalq mahnılarımız qırılıb səpələnmişdirsə, Minə xanım onları yenidən ipə-sapa düzüb xalqa təqdim etdi”.

Dövlət və xalq səviyyəsində Türkiyə ilə böyük işlər görüldüyünü bildirən BDU-nun professoru Cahangir Məmmədli bildirib ki, bu kitab da iki dövlət arasında görülən işlərin bir parçasıdır: “Bu kitab Türk dünyasını birləşdirmək baxımından böyük bir vasitədir. Bu təbliğat işidir. Bu gün biz təbliğat işi görürük”.

Tədbir Qafqaz Universitetinin rektoru Ahmet Sanic, “Xalq Cəbhəsi” qəzetinin Baş redaktoru Elçin Mirzəbəyli, əməkdar jurnalist Flora Xəlilzadə və digər iştirakçıların çıxışları ilə davam edib.(azadinform.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600