!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Savaşın başlamasının bir ilində dalana dirənən Kreml: Rusiya nüvə silahından istifadə edəcək? - Polkovnikin şərhi

!Reklam – Yazi

“Rusiya genişmiqyaslı hücuma hazırlaşır. Ruslar müharibənin ildönümündə müəyyən nailiyyətlər əldə etməyə çalışacaqlar”.

Bunu Rusiya-Ukrayna müharibəsinin gedişini və tərəflərin həlledici döyüşə girməsini şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Rusiyanın nüvə silahıdan istifadə etmə ehtimalı da çox böyükdür:

“2014-cü ildə ciddi müqavimət görmədən Rusiya Krımı və bir neçə ərazini zəbt etdi. 2014-cü ilə qədər Ukrayna ordusu, demək olar, dağılmış vəziyyətdə idi. Sovetlər dağılandan sonra silah sayına və hərbi gücünə görə ikinci ölkə Ukrayna idi. İllərlə Ukrayna ordusunun silahları satıldı, sıradan çıxarıldı. 2014-cü ildən sonra Ukrayna ordusunda güclü hazırlıq prosesi getdi. Ordu NATO standarlatına uyğun olaraq hazırlandı, qismən silahlarla təmin olundu.

24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı qarşıya qoyulmuş Kiyevdə bir neçə gün ərzində hakimiyyəti dəyişmə planı puça çıxdı. Hazırda döyüşlər davam edir.

ABŞ rəsmi olaraq bəyan etdi ki, imkan verməyəcəklər, Rusiya qələbə çalsın. İngiltərə açıqladı ki, Ukraynaya uzaq mənzilli ballistik raketlər verəcəklər.

Ruslar cəbhə boyu 300 mindən çox qoşun cəmləşdiriblər. Putin qərar qəbul edərək baş qərargah rəisini əməliyyatlara rəhbər təyin edib. Ona müavin olaraq quru qoşunları komandanını təyin etdi. Yüksək vəzifəli və təcrübəli generallların təyini o deməkdir ki, Rusiya genişmiqyaslı hücuma hazırlaşır. Ruslar müharibənin ildönümündə müəyyən nailiyyətlər əldə etməyə çalışacaqlar.

Ukrayna da müharibəyə hazırlaşır. NATO Baş katibi də açıq bəyan etdi ki, Ukraynanı tək qoymayacaqlar. NATO bazalarında Ukraynanın 3 korpusu hazırlanır. 3 korpus 70 minə yaxın qoşun deməkdir. Təkcə zabit və gizirlərin hazırlığından söhbət getmir. Ştata uyğun ağır texnikaların təminatı və onlardan istifadə edilməsi də təlimlərə daxildir. Onlar artıq hazırdırlar. Onların bir qismi Ukraynadadır.

Ukrayna əks-hücuma, ruslar isə həm hücuma, həm də müdafiəyə hazırdırlar.

Hesab edirəm ki, bu qədər hazırlıqdan sonra tərəflər arasındakı toqquşma çox ağır olacaq. Hər iki tərəf də böyük itkilər verəcək. Bu müharibənin dayanma ehtimalı hələ ki yoxdur. Hətta Ukrayna Krımı işğaldan azad etsə, Rusiyanın nüvə silahından istifadə ehtimalı olacaq. Şimal flotundan sualtı qayıqlar nüvə başlığı ilə artıq patrul xidmətinə çıxıb. Bu o deməkdir ki, Rusiya hər formada müharibəyə özünü hazırlayıb. Nüvə silahından istifadə edilməsini istisina etmirəm”.

Səxavət Məmməd

www.yenicag.az

707
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv