Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Saxla” əmrinə tabe olmayan sürücü oğurladığı maşından düşərək qaçdı

Abşeron Rayon Polis İdarəsinə aprelin 27-nə keçən gecə Xırdalan şəhəri ərazisindən şəhər sakini S.Mehdiyevə məxsus “VAZ-2104” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin mayın 9-da saat 02:00 radələrində Ağdaş rayonu ərazisində hərəkətdə olması aşkar edilib.

YPX postunda polis əməkdaşlarının “Saxla” əmrinə tabe olmayan sürücü hərəkətini davam etdirilib, İsmayıllı rayonun Xəlilli kəndi ərazisində avtomobildən düşərək qaçıb.

Görülmüş tədbirlərlə avtomobili qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş M.Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

 

www.yenicag.az

243
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100