Saxlanılan Rusiya vətəndaşları həbs edildilər - YENİLƏNDİ 2 / FOTO
Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürova, Rəna Qafarova, Şəhla Süleymanova və Azər Tağıyevin hakimliyi ilə keçirilən prosesdə səkkiz nəfərin barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
***22:56
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.
Yenicag.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə dörd nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, şəxslər bir-bir məhkəməyə çıxarılır, 4 nəfərin məhkəməsi davam edəcək.
***21:51
Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranzitində, dövriyyəsində və kiberdələduzluqda bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində onların təqdimatına baxılır.