Səbail və Nəsimidən oğurluq edənlər tutuldu

media-hightechnic-468x90
Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 500 manat məbləğində pul və 118 manat dəyərində spirtli içki oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini M.Bukavadze saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə rayon ərazisindəki marketlərin birindən 300 manat məbləğində pul və 70 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini F.Quliyev yaxalanıb.

Faktlarla bağlı təhqiqat davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600