Səbaildə kişi meyiti tapıldı
Bu gün səhər saat 06:28 radələrində Bakının Səbail rayonunda kişi meyiti tapılıb. Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsindən Yenicag.az anspress-ə istinadən bildirir ki, meyit Salyan yolunda, “SOCAR”ın yaxınlığında tapılıb.
Meyiti yoldan keçən sakinlər görüblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Müayinə zamanı ölən şəxsin təxmini 50 yaşlarında olduğu məlum olub. Onun üstündə sənəd olmadığı üçün hələlik kimliyi məlum deyil. Araşdırmalar zamanı həmin şəxsin naməlum avtomobil tərəfindnə vurulduğu məlum olub.
Hazırda baş verən qəzanın kim tərəfindən törədildiyi araşdırılır.
Faktla bağlı araşdırma aparılır.