!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçki mühiti necə dəyərləndirilir? - “Namizəd olmaq üçün seçkiyə qatılmaq düzgün strategiya deyil”

!Reklam – Yazi

“Qızmar yay ayları olmasına baxmayaraq, hər kəs seçki prosesində aktiv iştirak edir”.

Bunu Yenicag.az-a açıqlamasında 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün hazırki proseslər və rəqabət mühitinin necə formalaşacağından danışan AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov deyib.


Onun sözlərinə görə, namizədliklərin verilməsi və qeydə alınması mərhələləri artıq başa çatıb.
“Bu günə qədər namizədlərin, imza vərəqini geri qaytaranların və qeydə alınanların sayı 2020-ci il seçkiləri ilə müqayisədə nisbətən daha az iddialı seçki prosesi getdiyini deməyə əsas verir. Bu da təbiidir. Çünki resurları hesablamadan sadəcə namizədlik xətrinə namizədlik irəli sürmək düzgün strategiya deyil. Müxtəlif yox, konkret dairədən namizədlik vermək lazımdır”, – deyə o əlavə edib.

R.Bayrmov bildirib ki, ölkə üzrə 14 dairədən namizədliyimizin 8-i qeydə alınıb.

“Digərləri də imza toplama kampaniyasını uğurla başa çatdırıb sənədlərini təqdim ediblər.
Qızmar yay ayları olmasına baxmayaraq, hər kəs seçki prosesində aktiv iştirak edir. Ümid edirik ki, effektiv təbliğat kampaniyası və nəzarət işini təşkil etməklə uğura nail olunacaq. AMİP parlament partiyası olmağı hədəfləyir. Bütün gücümüzlə fəaliyyətimizi bu istiqamətdə davam etdiririk”, – deyə o, bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

360
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv