“Seçkilər” Media Mərkəzi fəaliyyətə başlayıb

ff0c8b85717cdd9f93944a41c7eb46e7Bu il oktyabrın 20-dən etibarən “Seçkilər” Media Mərkəzi fəaliyyətə başlayıb.

APA-nın xəbərinə görə, mərkəzin tərkibində www.seçki-2015.az saytı fəaliyyətə başlayıb.

Sayt bu ilki parlament seçkiləri, seçki prosesinin ayrı-ayrı mərhələləri, seçki institutlarının, müşahidə missiyalarının, exit-poll keçirən təşkilatların fəaliyyəti, namizədlər haqqında oxucuları məlumatlandıracaq. Resurs yerli və xarici jurnalistlər üçün də informasiya mənbəyidir.

Sayt dövlət orqanları, Mərkəzi Seçki Komissiyası, vətəndaş cəmiyyəti institutları ilə sıx əlaqələr qurub, yerli və xarici ictimaiyyətin diqqətinə seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəylərini, açıqlama və bəyanatlarını təqdim edir.

Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

 

1e08d03f840f034f8a515c2ceee9a365