!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Seçki”yə 1 gün qalmış Xankəndidə ara qarışdı

!Reklam – Yazi

Qarabağdakı separatçı rejimin qondarma “parlamenti” sabah – 9 sentyabrda saat 11:00-da “növbədənkənar iclas” keçirəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bildirilir ki, “növbədənkənar iclas”da separatçılara yeni başçı seçiləcək. Bu “post”a əvvəlcə iki nəfərin namizədliyi irəli sürülüb: xuntanın “dövlət naziri” adlandırdığı Samvel Şahramanyan və “keçmiş müdafiə naziri” Samvel Babayan.

Lakin qondarma “parlament” son 10 il ərzində Qarabağda yaşamadığına görə Samvel Babayanın sənədlərini geri qaytarıb. Bu isə onun tərəfdarlarının etirazına səbəb olub.

Samvel Babayanın tərəfdarlarının sabahkı “seçki” zamanı qarışıqlıq yaradacağı bildirilir.

www.yenicag.az

309
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv