Səddamın sağ qolu rəsmi Bağdada müharibə elan etdi – VİDEO

İraqın keçmiş lideri Səddam Hüseynin sağ qolu İbrahim əl-Duri video yayımlayaraq İraq hökümətinə qarşı müharibəyə başlayacaqlarını elan edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 2015-ci ildə ABŞ tərəfindən öldürüldüyü bildirilən əl-Duri illər sonra üzə çıxaraq ABŞ-ı və rəsmi Bağdadı məsxərəyə qoyub. O, BAAS partiyasının 71-ci ildönümü münasibətilə video yayımlayıb. İbrahim əl-Duri videoda Səudiyyə Ərəbistanından yardım istəyib, Bağdat hökümətindən isə tərəfdarlarını azadlığa buraxmağı tələb edib. O bildirib ki, əks təqdirdə tezliklə müharibəyə başlayacaqlar.

COP29