!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sədərək” çökür: Sahibkarlar mağazaları qapadıblar – Foto

!Reklam – Yazi

img1905976“Sədərək” Ticarət Mərkəzində çalışan bir qrup sahibkar sentyabrın 29-da icarə haqqına etiraz olaraq mağazaları açmayıblar.

Bu barədə məlumatı ticarət mərkəzində çalışan sahibkarlar veriblər. İcarə haqqını ödəyə bilməyən sahibkarlar bazar rəhbərliyindən də güzəşt görmədikləri üçün mağazaları açmayıblar.

Son zamanlar “Sədərək” və “Binə” ticarət mərkəzlərində sahibkarların vəziyyətinin həddən artıq çətinləşməsi haqda bir neçə dəfə məlumat vermişik. Manatın devalvasiyası, Rusiyadakı iqtisadi durum, son olaraq isə Çin yuanının öz dəyərini itirməsi sahibkarları çıxılmaz vəziyyətə salıb.

Alıcılıq qabiliyyətinin isə dəfələrlə aşağı düşməsi əksər sahibkarlın bazarları tərk etməsinə səbəb olub. Artıq hər iki ticarət mərkəzində yüzlərlə mağaza boşalıb.

Hazırda mağazalarda çalışanların əksəriyyəti mağaza sahiblərinin özləridir. İcarəyə götürülən mağazaların çoxu boşaldılıb.

Bazarda icarə əsasında işləyənlərin verdiyi məlumata görə, mağaza sahibləri onlara güzəşt etsələr də, bazar rəhbərliyi heç bir güzəşt etmir: “Bazara müştəri gəlmir. Günlərlə heç icarə haqqını da çıxara bilmirik. Hamı görür ki, bazara gələn yoxdur. Amma bazar rəhbərliyi bunu nəzərə almır. İcarə haqqında heç bir güzəşt edilmir”.

Bazarda çalışanlar deyirlər ki, icarə haqqını verə bilməyənlər məcbur qalıb, mağazaları bağlayıblar. Dünən rəhbərliyin göndərdiyi şəxslər bildiriblər ki, problemi həll etməyə çalışacaqlar. Bir neçə gün ərzində rəhbərliklə sahibkarlar arasında görüş keçiriləcəyi vurğulanıb.

Sahibkarlar rəhbərliklə görüşdən sonra problemin həll edilməyəcəyi təqdirdə, mağazaların qalan hissəsinin də boşalacağını bildiriblər(musavat).

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv