!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfər Mehdiyevin baldızı oğlu ilə bağlı qarşıdurma böyüyür

!Reklam – Yazi

Bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, komitənin sədri Səfər Mehdiyevin baldızı oğlu Rəfail Niftəliyevlə bağlı yayılan ittihamlar yayılmışdı. Komitə isə həmin iddiaların əsassız olduğunu qeyd etmişdi. 

“Rovel Trading” şirkətinin direktoru İntiqam Həsənov məsələ ilə bağlı yenidən açıqlama verib:

“Rovel Trading şirkətinin rəhbəri olaraq mənim mətbuata verdiyim şikayətə cavab verən Dövlət Gömrük komitəsinin rəsmi cavabına qanunlardan çıxış edərək rəsmi cavab verirəm. Bildiririm ki, həqiqətən “Rovel Trading” şirkəti “Mutlu” akkumulyatorlarının Azərbaycanda rəsmi distribyutordur. Mənim əlimdə Türkiyənin DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ firması ilə rəsmi müqaviləm var. Ancaq müqavilədə göstərilən qiymətlərlə sövdələşmə qiyməti ilə mal alıram.

Gömrük məcəlləsi Maddə 220.1 Malların gömrük dəyəri bəyannaməni həyata keçirən şəxs tərəfindən bu məcəllə və “Gömrük Tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzrdə tutulmuş qaydada müəyyən olunur.

Gömrük Tarifi haqqında Qanunda göstərilir:

Maddə 12: Gömrük dəyərini müəyyən etmə üsulları

1.2.1 Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir:

12.1.1 Malların sövdələşmə qiymət üsulu

12.1.2 Eyni malların sövdələşmə qiymət üsulu

12.1.3 Eynicinsli malların sövdələşmə qiymət üsulu

12.1.4 Dəyərin çıxılma üsulu

12.1.5 Dəyərin toplanma üsulu

12.1.6 Ehtiyat üsulu

12.2 Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Bu üsuldan istifadə etmək mümkün olmadıqda üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərinin əvvəlki üsulunu tətbiq etmək mümkün olmadıqda tətbiq edilir.

Gömrük Tarifi haqqında Qanunda hər şey çox açıq yazıldığı halda mən Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsinin şöbə rəisi Rəfail Niftəliyev bir neçə sualım var.

Sual 1: Mənim əlimdə müqavilə var və e-qaimə var. Uzun illərdir mən müqavilə ilə sövdələşmə üsulu ilə ölkəyə mal idxal edirəm. Hansı səbəblə qanunu pozaraq siz mənə birinci üsulu tətbiq etmirsiniz? Qanun yazır ki, əsas üsul müqavilə sövdələşmə üsuludur. Ancaq bu müqavilə olmazsa, digər bəndlər ardıcıllıqla tətbiq edilməlidir. Amma siz birbaşa ikinci bəndə keçirsiniz? Bunun səbəini qanuna dayanaraq mənə izah edə bilərsinizmi?

Burdan açıq görünür ki, siz qanunlara tabe olmaq istəmirsiniz və öz qərəzinizə uyğun olaraq mənim biznesimə ziyan vurmaağı qarşınıza məqsəd qoymusunuz.

Sual 2: Dünyada neftin qiyməti kəskin şəkildə aşağı düşdüyünə görə neft məhsullarının qiyməti də ucuzlaşdı. Sizin ölkəyə neft mallrı idxal edən iş adamlarına hansı qiyməti tətbiq edirsiniz? Özünüzün tətbiq etdiyiniz qiymətləri, yoxsa dünya bazarında formalaşan qiymətləri? Mən idxal etdiyim akkumulyatorun tərkibindəki qurğuşunun qiyməti dünya birjalarında 2200 dollardan 1750 dollara düşüb. Sabah qiymət hansı qiymət olsa, həmin qiymətə müqavilə bağlayacam. Demək ki, siz gömrükdə vəzifəli şəxs olaraq qiymətlərin ucuzlaşmasına qarşı çıxırsınız və faktiki olaraq monopoliyanın tərəfdarı kimi çıxış edirsiniz.

Gömrük bəyannaməsinin doldurulması haqqında 100/143 saylı 31.10.2014 il tarixli əmrə əsasən bəyannaməsinin 43 qrafasında 01 yazılması müqavilə üsulu elə həmin mənim dediyim üsuldur. Bəyannamənin 20-ci qrafasında 100 yazılması malın dəyərini 100 % ödənilməsi deməkdir. Mən həqiqətən də malın dəyərini həmin müqaviləyə əsasən Türkiyə Respublikasına əvvəlcədən ödəmişəm. Bank çıxarışını təqdim edə bilərəm.

Tarif haqqında Qanuna 12 maddəsinə əsasən Müqavilə ilə rəsmi köçürmə ilə idxal edilən malın gömrük əməkdaşı tərəfindən qiyməti qaldırmağı istəməsi tamamilə absurddur.

Gömrük Məcəlləsinin 220.2.2 Gömrük orqanları tərəfindən tələb olunduqda müəyyən edilmiş gömrük dəyərini dəqiqliyini yoxlamaq üçün bəyannamə ilə bağlı sənədləri və məlumatları onlara təqdim etməlidir.

Rafayıl Niftəliyev ölkəyə akkumulyatorlar gətirir və qiymətləri yarı-yarıya aşağı salır

Təkrar sizlərə bildirirəm ki, Dövlət Gömrükl komitəsinin Maliyyə Audit nəzarəti Baş idarəsinin gömrük dəyərinin müəyyən edilməsi şöbəsinin əməkdaşı Vüqar Əhmədovun qəbulunda oldum, bütün sənədləri: 1. E-fakturanı, 2. Türkiyədən çıxan ixrac bəyannaməsini, 3. Türkiyəyə ödədiyim ödəniş tapşırıqlarını, 4. Rəsmi invoysu, 5. Qurğuşunun bazar qiyməti ilə bağlı məlumatı, 6. Rəsmi müqaviləni təqdim etdim. Nazirlər Kabinetinin 263 saylı 22 iyul 2014 saylı qərarının 2.5 və 2.6 bəndlərində tələb olunan sənədlərin siyahısı göstərilmişdir.

Mən bütün sənədləri, hətta göstərilməyən sənədləri də təqdim etdim. Dedilər ki, üç gündən sonra gəl. Üç gündən sonra isə dedilər sənədlərin düzgündür, amma biz Rafayıla söz deyə bilmirik. Niyə? Bəlkə ona görə ki, Rafayıl Niftəliyev Komitənin sədri Səfər Mehdiyevin baldızı oğludur? Səfər Mehdiyevin baldızı oğlu olmaq Rafayıl Niftəliyevə digərlərindən fərqli imtiyaz verir və bu imtiyaz gömrükdə açıq aşkar hiss olunur.

Rafayıl Niftəliyev Səfər Mehdiyevin baldızı oğlu olaraq neçə illərdir bizə bilərəkdən problemlər yaradır. Çünki onun özü ölkəyə Qazaxıstandan gətirdiyi akkumulyatorlar gətirir və araşdırsaq görərik ki, digər akkimlyatorların qiymətini yarı-yarıya azaldır. (Bir vaqonda 70 ton akkumulyator olur). Rafayıl Niftəliyevin ölkəyə gətirdiyi akumlyatorlar gömrükdə 17 dollara sənədləşdirilir. Hakbuki ən keyfiyyətsiz akumlyatorun maya dəyəri 25-26 dollar arasında dəyişir. O zaman sual olunur, Rafayıl Niftəliyev 17 dollara gətirdiyi akumlyatoru hardan necə alır? Bu dövlətin büdcəsinə açıq şəkildə ziyan vurmaq deyilmi? Bütün bunları gömrük rəhbərliyi görmürmü?

Gömrük Məcəlləsi Maddə 178.2 Mallaın xüsusi Gömrük prosedurunda yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi Qısa idxal bəyannaməsi və ya onu əvəz edən Tranzit bəyannaməsi Qəbul edilir.

Sual 3: Necə olur ki, mənim təqdim etdiyim 1119500105074 saylı Qısa idxal bəyannaməsini qəbul etmirsiniz. Qanuna görə Qısa idxal bəyannaməsi saxlanc bəyannaməsi kimi əvəz edilir. Amma Səfər Mehdiyevin baldızı oğlu deyir ki, olmaz. Gömrük Məcəlləsi Milli Məclisdən keçib Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanır, amma Səfər Mehdiyevin baldızı oğlu isə Milli Məclisdə qəbul edilən və prezident tərəfindən imzalanan qanunu qəbul etmir. Özündən yazılmamış qanunlar icad edir. Gömrük Komitəsi bunu necə izah edə bilər?

Gömrük Məcəlləsi Maddə 178.3 Gömrük orqanı ödənişə təminat tələb etmək hüququna malikdir. Maddə 258 Gömrük borcunun ödənilməsinin təmin edilmə üsulları yazılıb. Məcəlləyə niyə və hansı əsasla əməl etmirsiniz?

Sual 4: Məndən Gömrük borcuna görə nə zaman təminat istənildi ki, mən təminat vermədim?

Mənim Gömrükdə əvvəlcədən ödəniş kimi avansda pulum var.

“Təminatdan istifadə etməklə Gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları” təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 286 saylı 30 Oktyabr 2013 tarixli qərarına əsasən istənilən vaxt təminat verməyə hazıram. Baxmayaraq ki, mənim Gömrükdə avans kimi pulum var. Qeyd edim ki, Avans da təminatın 7-ci növüdür.

Bütün bu qanun və qaydalara Səfər Mehdiyevin baldızı oğlu niyə əməl etmir? Bunun izahı varmı?

Türkiyə şirkəti Gömrük Komitəsini iki ölkə arasında ticari əlaqələrə ziyan vurmaqda ittiham edir.

Qeyd edək ki, Türkiyənin DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ firması Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə məktub yollayaraq Komitəni iki ölkə arasında ticari əlaqələrə ziyan vurmaqda ittiham edib. PİA.az-ın təqdim edilən məktubda bildirilir ki, son zamanlar Azərbaycana ixrac olunan malların gömrükdə qanunsuz olaraq saxlanılması onları və tərfdaşlarını maddi ziyana salmaqla yanaşı, iki ölkənin ticari əlaqələrinə də ziyan vurmaqdadır.

DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ firmasının sahibi Yakup Yaşa həmçinin Səfər Mehdiyevə məktubunda bildirir ki, “Rovel Trading”in Azərbaycan Gömrük Komitəsinə təqdim etdiyi e-qaimə tamamilə həqiqəti əks etdirir və bu üzdən malların gömrükdə saxlanılması qanunsuzdur. Yakup Yaşa vurğulayır ki, fakturaları və digər sənədləri bir daha Gömrük Komitəsinə yollaya bilərlər.

Maraqlıdır ki, Gömrük Komitəsi Yakup Yaşanın məktubuna cavab olaraq “Məktubunz araşdırılacaq” cavabını yollayıb. Lakin heç bir şey araşdırılmır. Mallar isə sənədləşdirilmir və satışa buraxılmır.

Səfər Mehdiyevin baldızı oğlu bazarda monopoliya yaratmağa çalışır

“Rovel Trading” şitkətindən bildiriblər ki, Rafayın Niftəliyevin əsas məqsədi onların şirkətini müflis etdirmək və bazarda “Rovel Trading” şitkətinin yerini tutmaqdır. Özünün ölkəyə gətirdiyi akumlyatorları gömrükdə 17 dollara sənədləşdirən Rafayıl Niftəliyev əlində olan adminstrativ imkanlardan yaralanaraq “Rovel Trading” şitkətini bazardan çıxarmaq istəyir. Məhz buna görə də onlara qarşı qanunsuz tələblər irəli sürülür və onların malı ölkəyə buraxılmır.

Qeyd edək ki, aldığımız son məlumata görə məsələ ilə bağlı “Rovel Trading” şitkətinin rəhbərliyi preziden İlham Əliyevə müraciət edib. Həmin müraciətin mətnini yaxın saatlarda yayacağıq.

Gözlərinizdəki tiri görün cənablar və ayıbınızdan utanın

İyulun 18-də Dövlət Gömrük Komitəsinin yayımladığı rəsmi məlumatın mətnin kimin tərəfindən yazılmasından asılı olmayaraq bir dövlət qurumunun sahibkar və media qurumu haqqlnda seçdiyi ifadələr qurum adına utancvericidir; “Onu da qeyd edək ki, açıqlamada “Rovel Trading” şirkətinə qanuni ticarətlə məşğul olmaq barədə verilən məsləhətlər isə gülüncdür. Öncə gözlərinizdəki tiri görün cənablar və ayıbınızdan utanın. Çünki bu ölkədə sahibkarı qanunla qanuni ticarətlə məşğul olmaq imkanı verməyən qurum sizsiniz və sizin yaratdığınız qanunsuzluqlar və “bespredel” hüquqi məsuliyyət daşıyır”.

COP29

www.yenicag.az

11236
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv