!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfir xanımları üçün də MAAŞ? - “Yəqin düşünüblər ki, səfirlərin maaşı aşağıdır və…” – Araz Əlizadə

!Reklam – Yazi

“Ola bilər, haradasa belə bir praktika var ki, bizimkilər də əl-ayağa düşüblər”.

Bu fikirləri Xarici İşlər Nazirliyinin səfirlərin xanımları üçün də maaş təsis olunması ilə bağlı Maliyyə Nazirliyinə müraciətinə münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, səfirlərin xanımlarına maaş verilməsinə dair təklif normal görünmür:

“Hansısa ölkədə səfirlərin xanımlarına maaş verilməsi ilə bağlı məlumatım yoxdur. Ya da ola bilər, haradasa belə bir praktika var ki, bizimkilər də əl-ayağa düşüblər.

Səfir xanımlarının digər məmur xanımlarından fərqinə gəldikdə, onlar qürbətdə yaşayırlar, bunlar də məntiqlə fikirləşiblər ki, onlara pul lazımdır.

Yaxud da düşünürlər ki, səfirlərin maaşı aşağıdır, onların xanımlarına da maaş verib büdcələrini artırmaq lazımdır.

Mən hesab edirəm ki, bu təklif normal görünmür”.

A.Zeynalov

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv