Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəhərdə "qoçu" peyda oldu - Sürücünü söyüb... - VİDEO

Bakıda daha bir qoçu sürücü peyda olub.

Yenicag.az xəbər verir ki, sürücülərdən biri başına gələn hadisənin videosunu Avtosfer.az-a göndərib.

Belə ki, o, aprelin 26-ı Qaraçuxur qəsəbəsi Zığ-Mədən yolunda qaydalar çərçivəsində hərəkət edən zaman arxadan “Mercedes” markalı 99-RZ-878 qeydiyyat nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək ondan yol istəyib. Qarşıdakı sürücünün yol vermədiyini görən “Mercedes”in sürücüsü səs siqnalı verərək onun qarşısını kəsib. O, daha sonra avtomobildən düşüb sürücünün yanına gələrək nalayiq söyüşlər söyməyə başlayıb. Üstəlik sürücünün üzündən vuraraq hadisə yerindən qaçmağa başlayıb. Görüntünü qeydə alan sürücü bu barədə DİN-in 102 qaynar xəttinə şikayət edib.

Hüquqları pozulmuş sürücü Avtosfer.az saytı vasitəsi ilə Daxili İşləri Nazirliyinin rəhbərliyindən həmin sürücünün ciddi şəkildə cəzalandırılmasını xahiş edib.

Loading...

www.yenicag.az

469
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100