!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid anası NALƏ ÇƏKDİ: “Kömək edin, balama verilən evi...” – VİDEOMÜSAHİBƏ

!Reklam – Yazi

Tanınmış jurnalist Sara Safuranın təqdimatında Yenicag.az-ın “Zəfər yolu” adlı layihəsinin növbəti buraxılışı şəhid Şamxal Əvəz oğlu Əlizadəyə həsr olunub.

Anası Səhər Əlizadə və bacısı Aytac Əlizadə Şamxalla bağlı danışıb, xatirələrini bölüşüblər.

Qeyd edək ki, Şamxal 1998-ci il yanvar ayının 1-də Gədəbəy rayonunun Çobankənd kəndində anadan olub. 2004-2015-ci illərdə orta məktəbdə təhsil alıb. Həmin il Qazax Dövlət Sosial İqtisad Kollecinin Mühasibat uçotu fakültəsinə qəbul olub. 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. Kolleci bitirdikdən sonra Bakı Avrasiya Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində döyüşlərə qatılıb, Şuşa, Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Şamxal Əlizadənin nəşi dekabrın 9-u tapılıb. Şəhid əsgər 11 dekabr 2020-ci ildə doğulduğu kənddə dəfn edilib.

Şamxal prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Videomüsahibəni təqdim edirik:

Cəvahir
Cavid

www.yenicag.az

1684
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv