Şəhid bacısı Avropa üçüncüsü oldu - FOTOLAR

media-hightechnic-468x90

Karatenin kyokuşin növü üzrə Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən Avropa çempionatının bürünc medalçısı azərbaycanlı idmançı Solmaz Zeynallı olub.

Yenicag.az xəbər verir ki, çempionatın yarımfinalında macarıstanlı idmançı ilə üz-üzə gələn S.Zeynallı bu görüşdə aşkar üstün olsa da, qərar verən beş hakimdən yalnız ikisi qələbəni ona verib.

Beləliklə, bürünc medalı təmin edən idmançı bu qələbəsini Vətən müharibəsi şəhidi olan qardaşı kapitan Tural Zeynalovun xatirəsinə ithaf edib.

Xatırladaq ki, Solmaz Zeynallı Gənclər arasında Dünya Kubokunun sahibi, Avrasiya çempionu, Polşada baş tutan U-22 kateqoriyasında Avropa Çempionatının və Litvada keçirilən Avropa Çempionatının üçüncüsüdür.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600