!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid İzzət son səs yazısında nə deyib? - Qardaşından ürəkparçalayan SÖZLƏR - VİDEO

!Reklam – Yazi

Tanınmış jurnalist Sara Safuranın təqdimatında “Zəfər yolu” adlı layihənin növbəti buraxılışı Vətən müharibəsində şəhid olan Hümmətov İzzət Müşfiq oğluna həsr olunub.

Yenicag.az xəbər verir ki, çəkiliş şəhidin doğulub boya-başa çatdığı Şabran rayon Uzunboyad kəndindəki evlərində baş tutub. Tanınmış müğənni Şahin İsmayolov də şəhid ailəsini ziyarət edib.

Məmməd Hümmətov qardaşı ilə bağlı xatirələrini bölüşüb, onun son səs yazısında söylədikləri barədə ilk dəfə danışıb.

Qeyd edək ki, Hümmətov İzzət Müşfiq oğlu 1996-cı il sentyabrın 9-da Uzunboyad kəndində anadan olub. 2020-ci ilin sentyabr ayının 27-də başlayan Vətən Müharibəsində döyüş əməliyyatlarına qatılıb. Hümmətov İzzət Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Şabran rayonunun Uzunboyad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün prezidentin Sərəncamına əsasən Hümmətov İzzət ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif ediib.

Sara Safura
Cəvahir
Cavid

www.yenicag.az

1315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv