Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Şəhidlər haqqında çəkilən filmlər melodrama olmayacaq" - İlqar Fəhmi

“Layihələr hazırlanır, müzakirələr gedir. Bu filmlərin hansı telekanal və hansı studiyalar tərəfindən çəkiləcəyi barədə məlumat veriləcək”.

Bunu Yenicag.az-a açıqlamasında yazıçı və kinodramaturq İlqar Fəhmi hərbi-vətənpərvərlik mövzusunda çəkiləcək filmlərlə bağlı fikirlərini bölüşərkən deyib.

Yazıçı hazırda bu istiqamətdə kinostudiya və telekanallarda müzakirələrin aparıldığını bildirib:

“Hələlk bu filmlərin serial, film, yaxud da roliklər formasında çəkilməsi müəyyən olunmayıb. Çünki ilk növbədə ssenarilər yazılmalıdır, rejissorlar təyin olunmalıdır ki, bütün bunlar üçün də vaxt lazımdır. Kinodan anlayışı olan insanlar bilir ki, hərbi-vətənpərvərlik mövzusunda çəkilən filmlər ailə-məişət dramı və digər janrda olan ekran işlərindən tam fərqlənir. Kütləvi səhnələr, döyüş kadrları üçün xüsusi texnika və büdcə tələb olunur. Eyni zamanda, bunun üçün kadr çatışmazlığı da var. Özümüzün texniki imkanlarımız nəzərə alınmalıdır. Yəni bütün bunlar 5-10 günün işi deyil. Hazırda bu istiqamətdə müzakirələr aparılır, yəqin ki, öz həllini tapacaq”.

Cəvahir

www.yenicag.az

3161
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100