Səhiyyə naziri tapşırıq verdi

media-hightechnic-468x90

lopSəhiyyə naziri Oqtay Şirəliyev “Hepatit-B” virusundan əziyyət çəkən teleoperatorla bağlı tapşırıq verib.

Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib. O vurğulayıb ki, “Hepatit-B” virusundan əziyyət çəkən “İnterAz” telekanalının operatoru Nizami Xəlil oğlu Eyvazov hazırda Kliniki Tibbi Mərkəzdə müalicə olunur və nazirlik xəstənin səhhəti ilə yaxından maraqlanır. 

A.Qədirli əlavə edib ki, nazirin göstərişinə əsasən Nizami Eyvazovun bütün əməliyyat xərcləri dövlət hesabına aparılacaq: “Hazırda həkimlər xəstənin cərrahi əməliyyata alınması ilə bağlı konsilium aparır. Bu dəqiqələrdə Nizami Eyvazov Kliniki Tibbi Mərkəzdən Neftçilər Xəstəxanasına köçürülür. Ola bilər ki, yaxın vaxtlarda Nizami Eyvazov əməliyyata alınsın”. 

Qeyd edək ki, həkimlər Nizami Eyvazovun “Hepatit-B”yə bağlı qaraciyər serrozunun dekompensasiya mərhələsində olduğunu deyirlər. Əməliyyatın ümumi xərci 45 min manatdır.

“Hepatit B” virusuna yoluxan xəstələrin kəskin əlamətlərə rəğmən uğurlu əməliyyat nəticəsində tam sağala bilirlər(aznews.az). 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600