Ölkəmizin və xalqımızı sınağa çəkildiyi bu həlledici dönəmdə, hər kəs şanlı ordumuza əlindən gələn yardımı edir. Müxtəlif təşkilatlar və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız milli ordumuza dəstək olmağa çalışır.
“Səhliyalı” sənaye şirkəti isə Azərbaycan Ordusu üçün artıq 3-cü dəfə dəstək aksiyasını həyata keçirir.
Yenicag.az xəbər verir ki, sözügedən şirkət 12.10.2020 tarixində cəbhə bölgəsinə aşağıdakı məhsulları yollayıb:
19 ədəd generator
1500 kiloqram çərəz
9600 ədəd 0.5 litrlik qazsız su
Şirkətin “Min Bərəkət, Halal Nemət” brendinə məxsus, xüsusi reseptura ilə hazırlanmış 3500 kiloqram kolbasa (təxminən 10 min ədəd)
Şirkətin “Min Bərəkət, Dadlı Nemət” brendinə məxsus 2 ton süd məhsulu
2000 qutu siqaret
1200 ədəd alışqan
1400 ədəd isti corab
1000 ədəd qolsuz jaket
1100 ədəd yun papaq
1000 ədəd fənər
2800 ədəd batareya
4600 ədəd sinkers
370 ədəd isti alt paltarı
5000 ədəd dodaq üçün gigiyenik əl kremi
5000 ədəd əl kremi
100 ədəd metal termos
www.yenicag.az