Səhnə ilə rinqi DƏYİŞİK SALANLAR: “AzDrama”da I RAUND – Cəvahir Nehru yazır

media-hightechnic-468x90

Qalmaqal, tarıma çəkilən əsəblər və əlbəyaxa dava…

Bütün bunlar Akademik Milli Dram Teatrında baş verib. Səhnədə yox, səhnəarxasında… Bəli, səhnədə baş versəydi, aktyorların məharətinə “bravo” qışqırıb, alqışlamaq olardı. Gözəl tamaşa nümayiş etdiklərinə görə…

Acınacaqlısı budur ki, sadaladıqlarım bədii şuranın iclasında yaşanıb. Kənar teatrların aktyor və rejissorlarının “AzDrama”ya dəvət edilməsinə etiraz edən Xalq artisti Əli Nur səsini qaldırıb. Nəticədə, onu susdurmağa çalışıblar. Bəli, günün günorta çağı “AzDrama”da şəhid atası  təzyiqə məruz qalıb və iclas zalından zorla çıxarılıb. Daha doğrusu, qol gücünə, özü də öz həmkarları tərəfindən…

Teatrın aparıcı aktrisası Mehriban Xanlarova bütün bu hadisələrin başında bədii rəhbər Mehriban Ələkbrzadənin dayandığını bildirib və “Mehriban Ələkbərzadə dərhal vəzifəsindən azad edilməlidir” deyə tələb irəli sürüb.

Məsələ burasındadır ki, teatrda baş qaldıran intriqalar bununla da bitmir. Mehriban Ələkbərzadə bədii rəhbər təyin olunan gündən teatrda yaradıcı ab-havanı yalnız intriqalar, dava-dalaşlar əvəzləyib.

İndi deyəcəksiniz ki, “hər zaman, bütün dövrlərdə teatrlarda intriqalar olub”. Doğrudur, olub, amma o intriqalar teatrın yaradıcı ab-havasını dəyişməyib. O intriqalar fonunda yenə də tamaşalar hazırlanıb və tamaşaçılara təhvil verilib. Mədəniyyət hadisəsinə çevrilən nə qədər tamaşalar məhz həmin dönəmlərdə hazırlanıb. Amma bu gün başı qalmaqallara qarışan teatrın yaradıcı heyəti səhnəni səhnəarxası ilə dəyişik salıblar. Sonra da deyirlər ki, “niyə teatra gələn, baxan yoxdur”. Bəlkə, bir az da yaradıcılığa vaxt ayırasınız, enerji sərf edəsiniz, ay sənət adamları?!

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600