“Haqqımda “pul qədər uzaq, kassa qədər soyuq” deyənlər olub”- Fotolar

media-hightechnic-468x90

İrəli İctimai Birliyinin baş mühasibinin müsahibəsi:

– Özünüzü təqdim edin…

– Qanlı və şanlı bir gündə, 20 yanvar 1990-cı ildə anadan olmuş Azərbaycan gənci Şəhriyar Əliağa oğlu Möhsümov. Orta təhsilimi 1996-2007-ci illərdə Ayaz Məhərrəmov adına 95 saylı orta məktəbdə, ali təhsilimi isə 2007-2011-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında almışam. 2011-2012-ci illərdə həqiqi hərbi xidmətdə olmuşam. Əmək fəaliyyətimə Binəqədi Rayon İcra Hakimiyyətinin Binəqədi Qəsəbə İcra Nümayəndəliyində baş məsləhətçi – baş mühasib olaraq başlamışam. 2014-cü ilin iyul ayından etibarən “İRƏLİ” İctimai Birliyinin baş mühasib vəzifəsində çalışıram.

– Necə oldu ki, mühasib olmağa qərar verdin?

– Bir növ ailə ənənəsidir deyə bilərəm. Babam iqtisadçı olub, atam ilk əmək fəaliyyətinə mühasib kimi başlayıb, qardaşımda o ixtisas üzrə getdi və mənimdə bu ailədə bu peşəni daha yaxşı örgənə biləcəyimi düşünərək ənənəni davam etdim.

– Deyilənə görə mühasiblər yaman xəsis olurlar?

– Deməzdim. Öz şəxsi vəsaitlərimi, xərclərimi nəzərə alsaq, hətta deyerdim ki, mən xərcləməyi sevirəm. Təbii ki, lazımi istiqamətlərdə. Lakin bir halda ki, sən hər hansı bir təşkilatın maliyyəsinə nəzarət edirsən, sən vəsaitin qənaətlə xərclənməsinə əlbətdə ki, xəsislik etməlisən. Çünki sən o müəssisənin maliyyə vəziyyətinə görə məsuliyyət daşıyırsan.

– İşçilər səndən maaşı tez istəyəndə nə edirsən?

– Mümkün qədər gec istəmələrini xaiş edirəm ( gülür). Daha doğrusu vaxtında maaşlarını almaqlarını istəyirəm. Əlbətdə ki, hər bir qurumda mühasibatlığın ümumi və xüsusi standartları var. Eləcə də maaşın müəyyən edilmiş vaxtdan öncə avans şəklində istənilməsi üçün müəyyən qaydalara riayyət edilməlidir. Hər şey vaxtı-vaxtında planlaşdırılsa yaxşıdır.

– Şəhriyar Möhsümovun ən sevimli sözü?

– İnam, İstək, İradə, İRƏLİ !!!

– Şəhriyar Möhsümov üçün pul nə deməkdir?

– Bəzən bir sözün verə biləcəyi xoşbəxtliyi təmin etməsə də, qəbul edək ki, çox şeydir.

– Çox şey deyərkən?

– Güclü təhsil, komfortlu həyat, dayanıqlı sahibkarlıq fəaliyyəti üçün meyar və s. ola bilər. Eyni zamanda hər bir insanın sosial məsuliyyəti vardır ki, bu məsuliyyəti pul vasitəsilə daha geniş miqyasda həyata keçirə bilər və cəmiyyətdə nümunəvi bir şəxs ola bilər. Misal üçün, azərbaycanlı milyoner Hacı Zeynalabdin Tağıyev, türk iş adamı Sakıb Sabancı və s.

– Rəqəmlərlə işlədiyini nəzərə alaraq, ən sevdiyin rəqəm?

– 13 rəqəmidir. Sözün düzü bu rəqəmi heç vaxt mühasibliklə əlaqələndirməmişəm, hətta o rəqəmi sevərkən heç mühasib olacağım ağlıma belə gəlmirdi. Nə qədər bizim üçün nəs rəqəm sayılsa da mənim sevimli rəqəmimdir.

– Bugünə qədər yazdığın ən bahalı büdcə?
(Bu sualı keçək deyərək gülür)

– Vurma cədvəlini əzbər bilirsən?

– Əlbətdə

– Yeddi dəfə səkkiz..

– 56 ( gülür ).

– Gələcək planlarınla bağlı biraz danış…

– Düşünürəm ki, gələcək planlarım üçün xaricdə təhsil önəmlidir. Və gələcəkdə Avropanın hansısa bir ölkəsində öz ixtisasım üzrə təhsil almaq istəyirəm. Düşünürəm ki, gələcəkdə dövlətimizin müəyyən strukturlarında layiqli vəzifələrdə yer alım. Buda mənim ən böyük arzumdur.

– Şəhriyarı kənarda necə biri kimi tanıyırlar?

– Sadiq bir insan kimi, soyuq insan kimi…

– Deyilənə görə, mühasiblər yaman qaşqabaqlı soyuq olurlar.. Sən də beləsən deyəsən…

– Düşünürəm ki, bu mühasibin tutduğu pozisiyadan asılı ola bilər. Haqqımda “pul qədər uzaq, kassa qədər soyuq” da dedikləri olub ( gülərək  ). Vəzifənin məsuliyyəti ehtiyatlı və mühafizəkar olmağı tələb edir. Özüm qaşqabaqlı olmasam da həmkarlarımı belə görməyinizə səbəb bu amildir bəlkə də.

– Şəhriyar sən bəyaq dedin ki, 20 yanvar tarixində dünyaya gəlibsən, deyəsən 20 yanvarın 25 illiyində sənin də 25 yaşın tamam olur?

– Düzdür 25 yaşım tamam olur.

– 20 yanvar sənin üçün nə deməkdir?

– Minarələr nə qədər gözəl görünsə də, onları gözəl edən üzərlərində durduqları sütunlardır. Biz bu gün müstəqil bir dövlətin azad vətəndaşlarıyıq. Və heç zaman unutmamalıyıq ki, bu şanlı tarixdə 20 yanvar günü şəhid olmuş, qazi olmuş vətəndaşlarımızın haqqı var. Bu tarixi yaşatmaq, müstəqilliyimizi qorumaq isə bizim şərəf borcumuzdur.
20 yanvar 1990-cı ildə dünyaya gəlməyimi isə yaradanın Sovet ordusuna mesajı kimi xarakterizə edərdim. Napaleon Bonapartın fikri bu yerdə yada düşür: “Türkü öldürmək olar , məhv etmək isə qeyri mümkündür”. Bir gün Allahla qarşılaşsam məni bu gündə dünyaya gətirdiyi üçün ona təşəkkür edəcəm.

– Son olaraq gənclərə arzun…

– Arzu edirəm ki, daima həyatınız 80 nömrəli hesabın krediti kimi olsun.

– Yəni? (Cavabı başa düşmədiyimizi nəzərə alaraq)

– Yəni daima mənfəət əldə edəsiz.

– Təşəkkürlər.
Türkan Nadirqızı

 

10937421_946620745377799_2141799465_n 10937389_946620762044464_2062242268_n 10934289_946620742044466_1655425843_n 10934289_946620742044466_1655425843_n (1) 10928553_946620758711131_410124734_n 10887812_946620752044465_1607879915_n

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600