Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəkidə məktəblilərin zəhərlənməsi ilə bağlı araşdırma - Nəticələr açıqlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən 5 məktəbli və bir müəllimin səhhətində yaranan problemlə bağlı aparılan araşdırmaların nəticələrini açıqlayıb.

AQTA-dan Yenicag.az-a verilən məlmata görə, agentliyin mütəxəssislərinin götürdükləri nümunələr laborator müayinələrdən keçirilib.

Müayinələrin nəticələrinə görə, uşaqların qidalandığı yeməklərdə insan orqanizmi üçün təhlükəli hesab edilə biləcək mikroorqanizmlər aşkar edilməyib. Eyni zamanda, məktəblilərin müayinə olunduğu rayon xəstəxanasının həkimlərinin rəylərinə və laborator müayinə nəticələrinə əsasən sözügedən hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.

www.yenicag.az

1344
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100