Selçuk Bayraktar: "Növbəti 30 ildə pilotsuz aparatlar hərbi təyyarələri əvəz edəcək"

media-hightechnic-468x90

Hazırda dünyada 15 minə qədər hərbi təyyarə var. Zamanla, ehtimal ki, növbəti 30 il ərzində onlar pilotsuz uçuş aparatları ilə əvəz olunacaq və bu da aviasiyada “inqilab”a səbəb olacaq.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin aparıcı müdafiə şirkətlərindən biri olan “Baykar”ın texniki direktoru Selçuk Bayraktar İstanbuldakı Özdemir Bayraktar Milli Texnologiya Mərkəzində NATO Parlament Assambleyası sammitinin bir qrup iştirakçısı ilə görüşdə bildirib.

O, Türkiyənin KIZILELMA pilotsuz hərbi təyyarəsinin hazırlanması ilə 20 il əvvəl dünya şahmat çempionunu məğlub edən kompüter proqramının yaradılması arasında paralellər aparıb.

“Dünya çempionu şahmat taxtına yüksəlmək üçün ən azı 40 il sərf etdi, amma soyuducu ölçülü bir maşına müqavimət göstərə bilmədi. Bu gün adi mobil telefon tətbiqləri eyni nəticələrə nail olur. Eyni sözləri sistemləri təcrübəli pilotdan daha çox şeyə qadir olan pilotsuz təyyarələr haqqında da demək olar”, – deyə S.Bayraktar bildirib.

Onun sözlərinə görə, dronların daha bir üstünlüyü onların müqayisəli əlverişliliyidir.

S.Bayraktar əlavə edib ki, 10 ilə qədər davam edə biləcək pilot təlim proqramlarına ehtiyac olmur: “Pilot ölümü riskini də unutmamalıyıq. Əslində, insan aviasiyada ən baha başa gələn amildir”./Azərtac/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05