Payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər

media-hightechnic-468x90

Bu payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu hakim “Serbiya Tərəqqipərvər Partiyasının” (SPP) sədri Miloş Vuçeviç bildirib.

“Düşünürəm ki, seçkilər payızda, sentyabr, oktyabr və ya noyabrda keçiriləcək və məhz o zaman vətəndaşlar seçki məntəqələrinə gedib həm yeni parlamenti, həm də respublikanın prezidentini seçə biləcəklər”, – Vuçeviç deyib.

Siyasətçi onu da qeyd edib ki, prezident və parlament seçkilərinin eyni vaxtda keçirilib-keçirilməyəcəyini hələ bilmir.

Qeyd edək ki, 27 iyunda Serbiya prezidenti Aleksandr Vuçiç bir neçə həftə ərzində dövlət başçısı vəzifəsindən istefa verəcəyini açıqlayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05