SAAB təyyarələri NATO-nun hava nəzarəti üçün yeni standart ola bilər

media-hightechnic-468x90

NATO 1982-ci ildən bəri xidmətdə olan AWACS uzaqmənzilli radar aşkarlama təyyarələrini İsveçin SAAB şirkətinin “GlobalEye” təyyarələri ilə əvəz etməyi planlaşdırır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, qərar iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində elan edilə bilər. Nə NATO, nə də SAAB hələlik bu məlumatı şərh edib. Stokholm Fond Birjasında SAAB səhmləri 8 faizdən çox artıb.

“GlobalEye” ABŞ-nin “Boeing E-7 Wedgetail” uzaqmənzilli radar aşkarlama təyyarəsi ilə rəqabət aparır. Keçən il NATO Pentaqon satınalma proqramını yenidən nəzərdən keçirdikdən və peyklərə daha çox diqqət yetirmək qərarına gəldikdən sonra altı E-7 təyyarəsi almaq planlarından imtina edib.

İsveç və Birləşmiş Ərəb Əmirlikləri artıq “GlobalEye” sistemindən istifadə edir. May ayının sonlarında Kanada ABŞ-nin təklifindən imtina edərək SAAB ilə təxminən altı belə təyyarə almaq üçün danışıqlara başlayıb. Bundan əlavə, Fransa daha iki təyyarə almaq üçün SAAB ilə niyyət memorandumu imzalayıb./Azərtac/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05