Selfi çəkmək əvəzinə silahın tətiyini çəkdi

media-hightechnic-468x90

91519Rusiyanın paytaxtı Moskvada gənc qız selfi çəkərkən özünü silahla vurub.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, mühasib işləyən 21 yaşlı Viktoriya ofisdə silahla selfi çəkdirmək istəyib. Bunun üçün o, mühafizəçidən tapançasını istəyib, o da razılaşıb. Viktoriya silahı başına dayayaraq selfi çəkən vaxt səhvən silahın tətiyini çəkib. Nəticədə qız başından ağır yaralanıb və xəstəxanaya aparılıb. Onun hal-hazırda reanimasiyada olduğu deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır. Silahına biganə yanaşan mühafizəçinin aqibəti isə hələlik bilinmir. Onun yalnız işdən çıxarıldığı deyilir. Etdiyi məsuliyyətsizliyə görə cinayət məsuliyyətinə cəlb olunub-olunmayacağı isə bilinmir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa