“Sabah” UEFA Avropa Liqasında mübarizəni dayandırdı - YENİLƏNDİ / VİDEO
“Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində cavab matçında “Selye”nin qonağı olub.
Yenicag.az xəbər xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin 3:2 hesablı üstünlüyü ilə yekunlaşıb.
Komandalar arasında Bakıda baş tutan qarşılaşmada “Selye” “Sabah”ı 3:2 hesabı ilə məğlub etdiyinə görə, oyunda əlavə 30 dəqiqə oynanılıb.
Əlavə vaxtda “Selye” bərabərlik qolunu vurmağa nail olub. Bununla da “Sabah” UEFA Avropa Liqasının növbəti mərhələsinə keçə bilməyib./Apa/
***
Kovaçeviç 19-cu dəqiqədə hesabı bərabərləşdirir – 1:1.
***
9-cu dəqiqədə Coy-Lens Mikelsin vurduğu qolla “Sabah” hesabı açır – 0:1.
Matç başladı.
***
Avropa Liqasında ilk təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Yenicag.az xəbər verir ki, Azərbaycan kubokunun qalibi “Sabah” Sloveniyanın “Selye” komandası ilə üz-üzə gəlir.