“Ani qərarla həll edilə bilər” – Zəngəzur dəhlizi nə zaman AÇILACAQ?

media-hightechnic-468x90

“Ani bir qərarla məsələ öz həllini tapa bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.

media-fazilmustafa1

O, son günlər aktuallığı ilə beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilən Zəngəzur dəhlizinin reallaşması perspektivləri barədə danışıb.

Deputat bildirib ki, bu məsələ reallaşa biləcək proseslər sırasındadır və müəyyən şərtlər daxilində bunun baş verməsi mümkündür.

Onun fikrincə, dəhlizin açılması ilk növbədə regionda sülh və əməkdaşlığın formalaşması baxımından önəmlidir və bu istiqamətdə beynəlxalq səviyyədə aparılan danışıqlar da ümidvericidir.

“Əsas məsələ burada Ermənistanın və Azərbaycanın razılığından asılıdır. Tərəflər arasında bu yöndə dialoq və qarşılıqlı anlaşma olduğu təqdirdə, məsələ real həll yoluna qədəm qoya bilər. Bu prosesin uğurla nəticələnməsi üçün qarşılıqlı siyasi iradə və konstruktiv yanaşma vacibdir”, – deyə deputat vurğulayıb.

F. Mustafa eyni zamanda məsələyə beynəlxalq kontekstdə yanaşaraq, ABŞ-nin dəstəyinin xüsusi rol daşıdığını qeyd edib. Onun sözlərinə görə, regional güclərin bu məsələyə müdaxilə etməməsi üçün beynəlxalq təsir mexanizmləri işə düşməlidir:

“Təbii olaraq ABŞ-nin dəstəyi vacibdir. Çünki bölgə dövlətlərinin müdaxilə etməməsi üçün bu dəstək mütləq əhəmiyyət kəsb edir. ABŞ və digər beynəlxalq oyunçuların mövqeyi və atacağı addımlar bu məsələnin taleyini müəyyən edə bilər”.

Deputat sonda vurğulayıb ki, hazırda vəziyyət müəyyən qədər gözləmə rejimində olsa da, prosesin istənilən anda sürətlənməsi mümkündür. Onun sözlərinə görə, regionda baş verən siyasi dəyişikliklər və aparılan danışıqlar fonunda ani bir qərarla məsələ öz həllini tapa bilər.

“Gözləməliyik, çünki ani bir qərarla məsələ öz həllini tapa bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600