Paşinyan hakimiyyətinə “kilsə meydanı”nda TƏZYİQ – Revanşistlər NƏ EDƏCƏKLƏR?

media-hightechnic-468x90

“Bu çatlar daha böyük böhranın başlanğıcı ola bilər”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

media-turalismayilov1

O, ABŞ-dəki ermənilərin Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı başlatdığı etiraz aksiyalarının mümkün nəticələrini şərh edib.

Politoloq bildirib ki, Amerikadakı erməni diasporunun Paşinyana qarşı etirazları təkcə daxili siyasi narazılığı deyil, həm də ideoloji parçalanmanı göstərir:

“Aksiyaların əsas motivi “kilsənin müdafiəsi” olsa da, əslində, bu, Ermənistan cəmiyyətində gedən dərin mədəni və siyasi dəyişikliklərin əlamətidir. Paşinyanın kilsənin “nüfuzuna” qarşı sərgilədiyi laqeyd münasibət diasporun ənənəvi dəyərlərinə zidd gedir. ABŞ-dəki erməni diasporu, xüsusilə “Daşnaksütyun” kimi qüvvələrin təsiri altında hələ də klassik “millətçilik-kilsə” dualizmini qorumağa çalışır. Lakin Paşinyanın hazırkı dəstək bazası postsovet nəsli və şəhərli seçicilərdir”.

Onun sözlərinə görə, diasporun təzyiqləri onun legitimliyini zəiflədə bilər, lakin qısa müddətdə onu devirmək çətindir:

“Ermənistan daxilində ciddi bir siyasi alternativ formalaşmayıb. Paşinyanın diplomatik manevrləri, xüsusilə Aİ və ABŞ ilə yaxınlaşma hələlik Qərbin dəstəyini qorumasına imkan verir. Bununla belə, onun hakimiyyəti artıq “təhlükəsiz zona”da deyil. Sosial gərginlik artır, kilsə və orduya qarşı çıxışlar cəmiyyətdə parçalanmanı dərinləşdirir”.

“Amerikadakı etirazlar Paşinyanın daxilindəki narazılığı da körükləyə bilər. Hazırkı proseslər daha çox onun əleyhinə işləyir, çünki həm daxildə, həm də xaricdə dayaqları sarsılır. Bu etirazlar təkcə ideoloji deyil, həm də siyasi resurs savaşının təzahürüdür. Paşinyan üçün qarşıdakı dövr mövqelərini qorumaq baxımından sınaq olacaq. Onun lehinə olan yeganə amil hələlik müxalifətin təşkilatsızlığıdır. Amma bu çatlar daha böyük böhranın başlanğıcı ola bilər”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600