Xəzərdə batma təhlükəsi ilə üzləşən 2 yeniyetmə belə xilas olundu - VİDEO

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 2 nəfərin dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətinin məlumatında bildirilir. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində dənizdə batma təhlükəsi ilə üzləşən 2008-ci il təvəllüdlü Firudin Alxas oğlu Qurbanov və 2009-cu il təvəllüdlü İzzət Eldəniz oğlu Cəfərov dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600