Türkiyə Mərkəzi Bankının ehtiyatları artdı

media-hightechnic-468x90

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) rəsmi ehtiyatları 1,1% artaraq 166,2 milyard dollara yüksəlib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, TCMB-nin açıqladığı “Beynəlxalq Ehtiyatlar və Valyuta Likvidliyi” hesabatına görə, valyuta ehtiyatları 2,5% artımla 73,8 milyard dollar, qızıl ehtiyatları isə cüzi artımla 84,7 milyard dollar olub.

“Swap” öhdəlikləri 19,6 milyard dollar olaraq qeydə alınıb. Eyni zamanda, IMF rezerv mövqeyi və SDR toplamı 0,4% azalaraq 7,7 milyard dollara düşüb.

Qısa müddətli xarici valyuta öhdəliklərində də azalma müşahidə olunub. Dövlət sektorunun bu istiqamətdəki borcları 0,8% azalaraq 121,3 milyard dollar təşkil edib. Əvvəlcədən müəyyənləşdirilmiş valyuta öhdəlikləri 1,5% azalma ilə 61,8 milyard dollar, şərti valyuta öhdəlikləri isə 0,1% azalaraq 59,5 milyard dollar səviyyəsində olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05