Tramp “Patriot”larla nüfuzunu bərpa etməyə ÇALIŞIR – Vaşinqtonun yeni ssenarisi NƏDİR?
“Tramp öz nüfuzunu bərpa etmək üçün “Patriot” sistemlərini Ukraynaya verib”.
Bu fikri ABŞ-nin Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri verməsi və bunun müharibənin gedişinə təsir imkanlarını Yenicag.az-a dəyərləndirən hərbi ekspert Şair Ramaldanov deyib.
O, bildirib ki, “Patriot”lar müharibənin gedişinə təsir edə bilməz:
“Patriot” hava hücumundan müdafiə sistemləridir. Prinsip cəhətdən, Ukraynanın torpaqlarını işğaldan azad edəcəyini düşünürüksə, bu sistemlər onunla əlaqəli deyil. Ukraynadakı bəzi “Patriot” sistemləri ruslar tərəfindən sıradan çıxarılıb. Ola bilsin, onlar əvəzlənsin”.
Müsahibimiz əmindir ki, “Patriot” sistemləri döyüş meydanında dönüş yarada bilməz:
“Patriot” daha çox mühüm obyektləri qoruyan sistemlərdir. Bu sistemlər nə rusları dayandırmağa, nə də vəziyyəti dəyişməyə yetərli deyil. “Patriot” sistemləri raket zərbələrinin bir hissəsinin qarşısını ala bilər. “Patriot” sistemləri o qədər effektiv də sayılmır. Bu sistemlər çox bahalıdır. Zərbə dronlarının qarşısını alırsa da, maliyyə baxımından rentabelli sayılmır. Tramp koalisiya qarşısında nüfuzunu itirib. Daxildə olan bəzi qüvvələr bunu bayram edir. Tramp öz i bərpa etmək üçün “Patriot” sistemlərini Ukraynaya verib. Bu daha çox siyasi qərardır”.
Səxavət Məmməd