“Səməd 15 il məndən istifadə edib”
İllərdir duet ortaqları kimi tanıdığımız müğənnilər Səməd Səmədov və Sevda Əliqızı qalmaqalı bitmək bilmir.
Səməd bəy “Adam içində” verilişində Sevda xanıma gül dəstəsi göndərsə də barışıq baş tutmayıb.
Sevda Əliqızı Səməd Səmədovu bağışlamadığını deyir: “O söhbətdən sonra Səməd bir dəfə də mənə zəng vurmayıb. Məgər mənim telefonumu bilmir? İstəsəydi zəng vurub özümlə danışardı. Səməd özünə xal qazanmaq üçün milyonların qarşısında zəng vurub məni təriflədi. Onu hamı yaxşı tanıyır, bic adamdı. Çoxbilmişliyinə görə şou-biznes aiəmində ona “Lenin” deyirlər. Məni tərifləmək lazım deyil, məndən üzr istəməlidirlər.”
Səməd Səmədovun prodüseri Rövşən Sevda Əliqızına “Sən artıq qocalmısan, Səməd gənc qızla toylara gedəcək. Sənə də hər toydan 100 manat verərik” xəbərini çatdırdıqdan sonra aləm bir-birinə dəyib. Bunu cavabı olaraq Səməd Səmədovu “kaftar” adlandıran Sevda xanım, ondan ayda 1000 manat tələb edir.
“Çoxları elə bilir ki, mən Səmədin hesabıma toylara getmişəm. Heç də elə deyil. Mən toylara rəhmətli Məmmədbağır Bağırzadə ilə, Ağadadaş Ağayevlə gedirdim. Səməd illərlə mənə yalvarandan sonra onun təklifinə razılaşmışam. İndi də deyir ki, qocalmışam. Ay Səməd, sən 15 il məndən istifadə etmisən. Onun kaprizlərinə dözmüşəm. Toylardan əlavə sənətimlə məşğul olmağa qoymurdu. Mahnı yazdıra bilmirdim ondan ayrı. Hərtərəfli qabağımı bağlayırdı.
(anspress.com)