Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəmkir Təhsil Şöbəsinin müdiri: "Sökülən məktəbin şagirdləri digər məktəblərə yerləşdirilib" - REAKSİYA

Xəbər verdiyimiz kimi, Şəmkir şəhər Məhəmməd Füzuli adına tam orta məktəbin sökülüb yenidən tikilməsi ilə bağlı 5-ci sinifdən yuxarı təhsil alan şagirdlərin rayonda yararsız vəziyyətə düşən və infeksiya mənbəyi olan köhnə xəstəxana palatalarına yerləşdirilməsi iddia edilib.

Məsələ ilə bağlı Yenicag.az olaraq Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyevlə əlaqə saxladıq.

Qüdrət Əliyev saytımıza açıqlamasında səsləndirilən iddiaların doğru olmadığını bildirdi:

“Qısa və konkret deyirəm ki, o məlumat yanlışdır. Yeni məktəb inşa edilir və Füzuli adına tam orta məktəbin şagird və müəllim kollektivi müvəqqəti olaraq şəhər məktəbləri arasında bölünərək o məktəblərə yerləşdirilib”.

Aqil Bəkir

www.yenicag.az

321
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100