Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Şəmkirdə qatarın vurub öldürdüyü qadınla bağlı TƏFƏRRÜATLAR

“Azərbaycan Dəmir Yolları” QSC-i Şəmkirdə baş verən qəza ilə bağlı rəsmi açıqlama yayıb.

Yenicag.az-ın məlumatına görə, açıqlamada deyilir: “Dekabrın 12-si, saat 19:20-də Dəllər-Zəyəm mənzilində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Şəmkir rayon Sabirkənd kənd sakini, 1984-cü il təvəllüdlü Xəyalə Zakir qızı Orucova Dəllər-Zəyəm mənzilinin 137-ci kilometrində hərəkət edən yük qatarı yaxınlaşarkən relslərin üzərinə çıxıb. Hadisə yerinə dərhal təcili yardım çağrılıb və ağır bədən xəsarətləri alan X. Orucova Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib”.

Qeyd olunub ki, qatar saat 19:50-də təyinatı üzrə yola salınıb. Hadisə yerində aidiyyəti üzrə araşdırma aparılır.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

458
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM