Sənaye məhəllələrinin olması nəyə gətirib çıxaracaq?

media-hightechnic-468x90

SumqayYt_Kimya_SYnaye_ParkY

Rəşad Həsənov: “Proses ölkədə kiçik və orta sahibkarlığın inkişafına töhvə verə bilər”

Azərbaycan prezidenti sənaye məhəllələrinin yaradılması haqqında sərəncam verib. Qeyd edək ki, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi naminə zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir.

Görəsən, sənaye məhəllələrinin yaradılması regionlara, qeyri-neft sektoruna nə vəd edir?

Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov sənaye məhəllələrinin yaradılmasının kiçik və orta sahibkarlığın inkişafına, bölgələrdə işsizliyin azalmasına gətirib çıxaracağını bildirdi: “Sənaye məhəllələrinin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığı təşviq etmək, onları texniki baxımdan dəstəkləməkdir. Mümkündür ki, indiki halda olmasa da, gələcəkdə hansısa formada sənaye məhəllələrinə kommunal xidmətlərin dəyəri, vergi məsələsində digər güzəştlər tətbiq olunsun. Burada ümumi məqsəd qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Hazırda neftin qiyməti öz dəyərini iki dəfəyə yaxın itirib. Belə olan təqdirdə qeyri-neft sektorunun inkişafı daha aktual mövzuya çevrilib. Sənaye məhəllələri yaradılmasının nəticələri o ola bilər ki, proses ölkədə kiçik və orta sahibkarlığın inkişafına töhvə verə bilər. Digər tərəfdən, sənaye məhəllələri yaradılmasının yerlərinin seçilməsindən asılı olaraq, işsizliyin daha çox olduğu regionlarda bu problemin həllinə müsbət təsir edə bilər. Düşünmürəm ki, hələlik Azərbaycanda yaradılan sənaye məhəllələrinin istehsalı ixrac potensiallı və dünya bazarlarında rəqabət aparmmaq imkanında olsunlar. Ən azından daxili bazarın tələbatını ödəməklə və yaxud idxaldan asılı olan istiqamətlərdə daxili istehsalın potensialını artırmaqla xaricə valyuta axınının qarşısını almış olarıq. Ümumiyyətlə, bu addım vergiyə, işsizliyin aradan qaldırılmasına,  valyuta axınının qarşısının alınmasına müsbət töhvə verəcək. Lakin burada əsas məsələ ondan ibarətdir ki, sənaye məhəllələrində sərbəst fəaliyyətlərə imkan yaradılsın. Hansısa inzibati maneələr ortaya gəlməsin, daha rəqabətli mühit formalaşsın və insanların etibarını qazana bilsin. Sənaye məhəllələrində həm istehsal, həm də xidmət göstərən sahələr öz fəaliyyətlərini qura bilərlər. İlk olaraq da, Sənaye və İqtisadiyyat Nazirliyinin təklifi ilə 2015-ci ildə Nefçalada sənaye məhəlləsinin yaradılması nəzərdə tutulub. Amma Lənkəran, Gəncə, Naxçıvanda, Quba-Xaçmaz zonasında sənaye məhəllələrinin yaradılması imkanları çoxdur. Onu da nəzərə almaq lazımdır ki, sərhəd bölgələrində potensiallı yerlər seçilərək, sənaye məhəllələri yaradılarsa, bu ixrac imkanlarına da şərait yaradar. Məsələn, İran, Gürcüstan, Rusiya ilə sərhəddə belə məhəllələrin yaradılması ilə onların ixrac imkanlarının artırılmasına da nail olmaq olar. Bu da zamanında daşınma xərclərinin aşağı düşməsinə şərait yaradar”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600