Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Sənətdən gedən xalq artisti kövrəldi: "Dəvət edən yoxdur" - FOTO

Bir müddət əvvəl sənəti tərk edib kənddə yaşayacağını bəyan edən xalq artisti, tanınmış aktyor Valeh Kərimov tədbirlərin birinə qatılıb.

Yenicag.az-a açıqlama verən aktyor sənətdən ayrı yaşamağın çətin olduğunu bildirib:

“Təqaüdə çıxan adam necə olacaq?! Filmlərə çəkilmirəm, tamaşada oynamıram. Aktyor səhnəsiz sudan çıxarılmış balığa bənzəyir”.

“Seriallara niyə çəkilmirsiniz?» sualını xalq artisti kövrələrək belə cavablandırıb: “Gərək dəvət etsinlər ki, seriala da çəkilim. Dəvət edən yoxdur”.

Aktyor onun üçün hansı rola çəkilməsinin fərqi olmadığını deyib: “Aktyor üçün hansı rolda oynamasının fərqi yoxdur. Əsas olan keyfiyyətli ssenaridir”.

Cəvahir

Foto:Cəmalə

www.yenicag.az

3383
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS