“Səni sənətkar edən mənəm!” – Tacir Şahmalıoğlu Fədayə Laçından GİLEYLƏNDİ
“Fədayə yanıma gələndə cəmi 10-15 mahnı bilirdi. Onu bir sənətkar kimi yetişdirən mənəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu “Günə uğurla” verilişində deyib.
Vəfa Şərifova, Fədayə Laçın və Şəbnəm Tovuzluya “çörək verdiyini” deyən Şahmalıoğlu, yetişdirdiyi müğənnilər arasında yalnız Şəbnəmdən razılıq edib:
“Allaha and olsun, üstümdə əziyyəti olan insanlardan heç nə ummamışam. Yetişdirdiyim sənətçilər arasında yeganə müğənni Şəbnəmdir ki, “Tacir müəllimin çörəyini yeyirəm” deyir. O, mənim üçün yaxşılıqlar da edib, müəyyən məbləğdə maddi köməklik də göstərib.
Amma mən istəyərdim ki, hamısı zəng edib “Ustad, nə var, nə yox?” soruşsunlar və ya doğum günümdə təbrik eləsinlər. Axı səni mən sənətkar etmişəm. Fədayə yanıma gələndə 10-15 mahnı bilirdi. Onu sənətkar kimi yetişdirən mənəm”.
Nehru












