!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sənin atan qəhrəmandır" adlı xeyriyyə konserti baş tutdu - FOTO/VİDEO

!Reklam – Yazi

CAAS psixologiya liqasının rəhbəri Elnurə Ayxan və “Xarıbülbül” Tədris Mərkəzinin rəhbəri İlhamə Sarıyevanın təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sənin atan qəhrəmandır” adlı xeyriyyə konserti baş tutub.

Konsertdə qonaqlar sırasında şəhid anaları, qazilər, Vətən müharibəsinin iştirakçıları, onların övladları, millət vəkilləri, media nümayəndələri, iş adamları və bir sıra şəxslər iştirak edib.

Ən böyük arzularından birinin həyata keçdiyini deyən İlhamə Sarıyeva tədbiri açıq elan edib.

Daha sonra millət vəkili Jalə Əhmədova, CAAS psixologiya mərkəzinin rəhbəri Elnurə Ayxan, şairə Nəsibə İsrafilqızı, “Ələddin” MMC şirkətinin icraçı direktoru Arzu Fərəcova, şair Vahid Aslan və Manşet.az saytının rəhbəri Əli Vəliyev çıxış ediblər.

Millət vəkili Jalə Əhmədova çıxışı zamanı belə bir təşəbbüsün təqdirəlayiq olduğunu bildirib:

“İlk öncə şəhid anaları başda olmaqla bütün qonaqları salamalayıram və şəhid analarının qarşısında baş əyirəm. Ümumiyyətlə Şəhid ailələri daim Azərbaycan Prezidenti Cənab İlham Əliyevin diqqətindədir. Və hər daim onların qayğısına qalır. “Sənin atan qəhrəmandır” layihəsi də şəhid ailələrinin qayğısına qalmaq, onları unutdurmamaq üçün atılmış addımdır”.

Məlumat üçün bildirək ki, tədbirin keçirilməsində məqsəd Vətən müharibəsi iştirakçılarını cəmiyyətdə tanıtmaq, qəhrəmanlığını təbliğ etmək və onların övladlarına dəstək göstərməkdir.

Xatırladaq ki, hərbçi bacısı olan İlhamə xanım pandemiya, Vətən müharibəsi zamanı və Türkiyyədə baş vermiş zənzələ zamanı xeyiriyyəçi kimi yardımlar etmiş, dağ rayonlarında yaşayan, aztəminatlı ailələrə dəstəyini əsirgəməyib. Və bildirib ki, bu layihə Bakıda və Azərbaycanın digər rayonlarında davam etdiriləcək.

Tədbirin informasiya dəstəyi Yenicag.az saytına məxsusdur.

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv