“Sentyabrda çevriliş olacaq”
“Elektrik enerjisinin qiymətinin qalxmasına görə etiraz edən uşaqların hamısı bizim haqlarımızı qorumaqdan ötrü savaşırlar”.
Bu açıqlama ilə Erməni Milli Konqresinin rəhbəri Aram Manukyan çıxış edib.
O, Ermənistanda işığın qiymətinin qaldırılmasının ədalətsizlik olduğunu bildirib:
“Elektrik enerjisinin qiymətinin qalxmasına görə etiraz edən uşaqların hamısı bizim haqlarımızı qorumaqdan ötrü savaşırlar. Bu vaxt ərzində isə biz Feysbukda otururuq və yüksək səslə özümüzü müxalifət adlandırırıq. Serj Sərkisyan və ailəsinin iştahını nə qədər qaldırmaq olar? Mən özümdə güc taparaq elan edirəm ki, biz sentyabrda çevriliş edəcəyik. Məncə, bundan başqa yol yoxdur. Düşünürəm ki, bu zamana qədər cəmiyyət də güc göstərərək bizə qoşulacaq”.