Separatçı “general” özünü müdafiə etməkdən İMTİNA ETDİ
Özünü buraxmış qondarma rejimin “müdafiə ordusu”nun sabiq “komandan”ı Cəlal Arutyunyan bu gün keçirilən məhkəmə iclasında müdafiəçilərindən imtina edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Pastinfo” saytı xəbər yayıb.
Məlumata əsasən, Arutyunyan vəkillərinin qeyri-peşəkar olduğunu iddia etsə də, onların verdiyi apellyasiya şikayətlərini müdafiə edib. Zərərçəkmiş tərəf isə prosesin bilərəkdən uzadıldığını düşünür və Arutyunyanın vəkillərinin əslində peşəkar olduqlarını bildirir.
Xatırladaq ki, Ermənistanın Sünik vilayəti Ümumi Yurisdiksiya Məhkəməsi 2025-ci il yanvarın 15-də keçirilən iclasda Cəlal Arutyunyana qarşı ittiham hökmü çıxarıb və o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fevralın 6-da keçirilən iclasda dövlət ittihamçısı Arutyunyanın 6 il müddətinə həbs olunmasını tələb edib, zərərçəkmiş tərəf isə bu müddətin 8 il olmasını istəyib.
Qeyd edək ki, Cəlal Arutyunyan Ermənistan Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü bəndi ilə – “hərbi vəziyyət və ya döyüş şəraitində, ehtiyatsızlıqdan insan ölümünə səbəb olan hərbi səhlənkarlıq” ittihamı ilə təqsirli bilinib.