Separatçılar Ukrayna tankını vurdu – Video

media-hightechnic-468x90

huhUkraynanın şərqində aparılan anti-terror əməliyyatı zamanı bir neçə silahlı toqquşma baş verib. Nəticədə Ukrayna ordusuna məxsus T-64 tankı vurulub.

Bu barədə anti-terror mərkəzinin mətbuat xidmətinin rəhbəri Vladislav Seleznyov məlumat verib.

“Döyüşlər zamanı anti-terror əməliyyatı qüvvələri itkilər verib və T-64 tankı sıradan çıxarılıb. Bizim qüvvələrimiz separatçılara ciddi zərbə vurublar, onlar arasında çoxlu sayda ölən və yaralanan var. Separatçıların bir neçə atəş məntəqəsinin məhv edildiyi ilə bağlı məlumat var”, – deyə Seleznyov bildirib.

Seleznyovun sözlərinə görə, toqquşmalar əsasən Rusiyadan gəlmiş muzdlular arasında baş verib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05